Parlamentin Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı müvəqqəti komissiyası COP29-a qarşı hibrid təhdidləri müzakirə edib

 

21 Oktyabr 202413:41

Bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı müvəqqəti komissiyası “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə təşkil edib. 

Azmedia.info.az xəbər verir ki, Komissiyanın sədri Ramid Namazov deyib ki, COP-29 yaxınlaşdıqca Azərbaycana qarşı çirkin kampaniyaların artdığı görünür. 

Ramid Namazov nəzərə çatdırıb ki, COP-29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növü aktiv istifadə olunur: “Bunlardan ən çox yayılanı dezinformasiyaladır. Bura mediada qarayaxma kampaniyalarını da şamil etmək olar. İkincisinə hüquq və müharibə terminlərinin qarışığından yaranan “law of war”-ı şamil edə bilərik. Bura müxtəlif parlamentlərdə qəbul edilən bəyanatları, sanksiyalarla hədələməni şamil etmək olar. COP-29-a ev sahibliyi bizə veriləndən sonra bizi sevməyən qüvvələr Azərbaycana qarşı dezinformasiyalara başladılar. Birinci ortaya atılan bəhanə neft ölkəsinin COP-29-a ev sahibliyi etməsi ilə bağlı idi. 1995-ci ildən ev sahibliyi edən ölkələrin 1-2-ni çıxmaqla hamısı kömür, neft-qaz idxalçılarıdır. Bu gülünc iddianı adladıqdan sonra növbəti bəhanə ortaya atıldı. Bu vaxtilə SOCAR-da vəzifə tutan şəxsin COP-29-a rəhbərlik etməsi idi. Beynəlxalq şəbəkənin bu arqumenti də əsassız olduğu üçün nəticə vermədi. Növbəti məsələ Təşkilat Komitəsində qadınların olmaması idi. Bu məsələ də öz həllini tapandan sonra köhnə və işlək olan insan hüquqlarını gündəmə gətirdilər. Erməni separatçıların azadlığa buraxılması, sülh müqaviləsi və s. kimi iddialarla çirkin kampaniyalar aparılır. Oktyabrın 3-də ABŞ-da 60 konqresmen Azərbaycana təzyiq göstərməyə çağırış üçün dövlət katibinə müraciət etdilər. Həm senatorlar, həm konqresmenlər öz müraciətlərində “Human Rights Watch” və “Freedom House” istinad ediblər. Öz yaratdıqları təşkilatlara istinad edərək bizə təzyiq üçün çağırış etdilər. Niderland parlamentində Azərbaycana qarşı qəbul edilən son bəyanatı da ABŞ konqresmenlərinə dəstək idi. Niderland Xarici İşlər Nazirliyi hər il “Freedom House”-a maliyyə dəstəyi verir. “Human Rights Watch”-da 1 il ərzində Azərbaycan əleyhinə 65 məqalə dərc edilib. “Freedom House” təşkilatının vitse prezidenti Enni Roya da ermənipərəstdir və onun həyat yoldaşı ermənidir. Azərbaycan əleyhinə müxtəlif koalisiyalar da yaradıblar. COP-29 çərçivəsində Azərbaycana qarşı fəaliyyət göstərən QHT-lərin bəzilərinin maliyyə mənbələri açıqdır, bəziləri isə tam qapalıdır. “Amnesty International”-da Azərbaycan əleyhinə 1 ildə 29 yazı dərc edib. Onlar da maliyyə mənbələrini gizli saxlayırlar. FİDH təşkilatının isə Fransadan donorları var. Onlar da Azərbaycana qarşı fəaliyyət göstərirlər. “Human Rights Watch” təşkilatının əsas donorları bəzi Qərb ölkələrinin XİN-ləridir”. 

Ramid Namazov nəzərə çatdırıb ki, COP-29 –a ev sahibliyində Azərbaycanın lehinə geri çəkilsə də, Ermənistan arxada Azərbaycana qarşı kampaniya aparıb: “Araşdırmalar nəticəsində məlum olub ki, hazırda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyan Azərbaycana qarşı COP-29-da dezinformasiya kampaniyası aparmaq üçün müxtəlif təşkilatlarla əlaqələr qurur. Həm də AVRORA təşkilatları vasitəsilə bir çox adamı bu işə cəlb edirlər. Onların təşkilatının “Edelman PR” şirkəti ilə də əlaqələri var. ANCA da COP-29-a qarşı ən çox təbliğat aparan, ən çox həştəq yaradan, ən çox məqalə retvit edən təşkilatdır. “Armenian Assambly of America” da bu işdə çox aktivdir. Dünyada 180-ə yaxın qeyri-populyar və 25 nüfuzlu qurumu COP-29 əleyhinə məqalələr dərc edib. COP-29-la bağlı ən çox müsbət və mənfi olmaqla ABŞ-da məqalə dərc edilib. Ümumilikdə 113 ölkə KİV-ində bu barədə məqalə dərc edilib”.

Medianın İnkişafı Agentliyi, İcraçı direktorun müavini Natiq Məmmədli bildirib ki, dezinformasiya bir qayda olaraq sosial şəbəkələr üzərindən yayılır: “Medianın manipulyasiya ilə məşğul olmasına gəlincə, bu, Qərb mediası üçün xarakterikdir. Şuşa Qlobal Forumunda Prezident İlham Əliyev məhz bu barədə fikirlərini söylədi. Həmin media qurumları bir qayda olaraq, öz ölkələrində ictimai rəyə təsir göstərərək Azərbaycan haqqında yanlış məlumatlarla cəmiyyəti manipulyasiya edirlər. O media qurumları ilk olaraq öz ölkələrinin ictimai rəyini çaşdırır. Azərbaycan haqqında ölkədən kənarda dolğun məlumat formalaşdırmaq Azərbaycan mediasının əsas işidir. Bu istiqamətdə mediamız işini müasir çağırışlara cavab verərək qurmaqdadır. Azərbaycanla bağlı dolğun məlumat yaratmağı heç bir xarici mediadan gözləməməliyk. Bunun bir növü də kiberdələduzlardır. Media Agentliyi geniş məlumatlandırma işi ilə məşğuldur. Cəmiyyətin media savadlılığı səviyyəsini yüksəltmək lazımdır. Bu nə qədər çox olarsa, cəmiyyətin dezinformasiya tələsinə düşmək riski də azalır. Azərbaycan mütəmadi dezinformasiyaya məruz qalır”.

Komissiyanın üzvü Gülşən Paşayeva da Azərbaycana qarşı təhdidlərin COP-29-dan sonra da davam edəcəyinə diqqət çəkib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev isə təklif edib ki, Azərbaycana qarşı dezinformasiya təhdidlərini ingilis dilində dərc edib beynəlxalq arenada öz tərəfdaşlarımızla bölüşək: "Eyni zamanda rəsmi hesab yaradılsın və Azərbaycana qarşı olan dezinformasiyalara cavab verilsin, bununla bağlı düzgün variant paylaşılsın. Xüsusilə COP-29-la bağlı hücumlara bu rəsmi hesabdan cavab verilə bilər. COP29 kimi tədbirlər Azərbaycanın nüfuzuna müsbət təsir göstərən tədbirlərdir ki, erməni lobbisi bunu istəmir. Azərbaycan xarici siyasətdə yeni dövr başladıb. Son dövrlərdə Azərbaycanın xarici siyasətdə dünyanı maraqlandıran digər məsələlərdə də aktiv iştirak edir. Ətraf mühit təşkilatlarından vasitə kimi Azərbaycana qarşı istifadə olunmasını görə bilərik. Səfirliklərimizdə də COP-29 ərəfəsində tədbirlər artırıla bilər. COP-29 çərçivəsində Azərbaycana gələcək şəxslərə də qarayaxma kampaniyası aparıla bilər. Burada diqqət çəkən məqam Ermənistan vasitəsilə Azərbaycanı sülhü istəməyən dövlət kimi təqdim etməyə çalışırlar. Amma Paşinyan hakimiyyəti məsuliyyəti öz üzərindən atır ki, bunu erməni diasporu, Qarabağ erməniləri edir. Eyni zamanda Azərbaycanın boru xətlərinə qarşı əks təbliğatlar aparıla bilər. Biz qətiyyətlə erməniləri və onun dəstəkçilərinin bizi salmaq istədiyi tələyə düşməməliyik, eyni zamanda onların iddialarına qarşı əks-təbliğat aparmalıyıq və COP məsələsini bundan ayrı tutmalıyıq. COP məsələsində Azərbaycan haqqında pozitiv gündəm yaratmaq üzrə fəaliyyətimizi qurmalıyıq". 

Ramid Namazov təklifləri müsbət qarşılayıb və bildirib ki, yazılı hesabat olacaq: "İkinci məsələ COP-la bağlı anti-fake hesab yaradılmasıdır. COP-29-un öz səhifəsi var. amma MEDİA Agentliyi Təşkilat Komitəsi qarşısında təkliflə çıxış edə bilər".

Milli Məclisin deputatı Pərvanə Vəliyeva isə qeyd edib ki, ölkəmizdə COP-29 kimi böyük tədbirin keçiriləcəyi dövrdə fərdi məlumatların qorunmasının təmin edilməsi çox mühümdür: “Eyni zamanda Azərbaycanın qanunları qeyri-düzgün şərh edilərək tərcümə olunur və Azərbaycan əleyhinə istifadə edilir. Azərbaycan haqqında dezinformasiyalar yayıraq xaricdə ictimai rəyi çaşdırırlar. Bu istiqamətdə fəaliyyət göstərməliyik. COP-29 -a mənfi təsir göstərən risklərin azaldılması məqsədiylə kibertəhlükəsizlik üçün qaynar xətt yaradılsa, yaxşı olar. Milli Kibertəhlükəsizlik Strategiyası hazırlanmalıdı".

Deputat Mübariz Qurbanlı erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı bu gün qara PR kampaniyası aparıldığını söyləyib: “COP-29-a qarşı təhdidlərin qarşısını almaq üçün hazırlanan bugünkü təqdimatı xarici ictimai rəyə də çatdırmalıyıq”.

Deputat Elman Nəsirov isə diqqətə çatdırıb ki, hibrid hücumlarla silahdan, tankdan istifadə etməməklə ölkənin iqtisadiyyatını dağıtmağı hədəfləyirlər: " Bizi hədəfə alanlar azlıqlardır. Var cinsi azlıqlar, bu da olsun COP azlığı. Çünki bizi 200 dövlət müdafiə edib. Digər tərəfdən, bu gün dünyada 1,2 trilyon dollardan çox pul silaha ayrılır, bəs niyə iqlim dəyişiklikləri ilə mübarizəyə bu pul ayrılmasın?”. 

Komissiyanın üzvü Nurlan Həsənov hesab edir ki, hibrid təhdidlərə qarşı mübarizədə ən yaxşı üsul cəmiyyətlə əlaqələrin qurulması və məlumatlılığın təmin olunmasıdır: “Müxtəlif ölkələr artıq sosial şəbəkə operatorları qarşısında tələblər qoyublar. Sosial şəbəkə operatorları hər hansı dövlət tərəfindən xarici dövləyə qarşı təzyiq yaratmaq cəhdlərinin qarşısının alınmasını onlardan tələb edə bilərik”. 

Komissiyanın sədri Ramid Namazov isə qeyd edib ki, Komissiyanın yaradılma səbəbi sırf COP-la bağlı deyil: “Bizə 2026-cı ildə böyük tədbir zamanı da hibrid təhdidlər olacaq, gələn il MDB oyunları zamanı da buna rast gələcəyik. Biz səlahiyyətimiz çərçivəsində bu təhdidlərə qarşı mübarizə aparcağıq”.

 

Komissiyanın üzvü Kamran Bayramov diqqətə çatdırıb ki, COP-29-un keçirilməsi əleyhinə təhdidlərin əsas səbəbi Azərbaycanın regionda yaratdığı yeni reallıqlardır: “Hibrid təhdidlərlə mübarizəyə dair beynəlxalq konvensiyanın hazırlanması vacibdir. Təklif edirəm ki, COP-29-da hibrid təhdidlərlə mübarizə üsulları ilə bağlı məsələ qaldıraq”.

Azərbaycan Milli QHT Forumunun İdarə heyətinin üzvü Zaur İbrahimli hesab edir ki, praqmatik olmalıyıq: "Həmfikir koalisiyalar yaratmalıyıq, bununla ciddi şəkildə təsirləri azalda bilərik. Proaktiv hesabatlarla biz hibrid hücumu edənlərin meydançasında oynamalıyıq. Biz QHT-lər olaraq artıq fokusu Ermənistana yox, Azərbaycana qarşı təhdid yaradan ölkələrə və erməni lobbisinin təsiri altında ölkəmizə qarşı aparılan hücumlara yönəltməliyik".

Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk iclasında Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb. Ramid Namazov Komissiyanın sədri, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçilib.

Son Xəbərlər

Pensiya düzəltmək adı ilə 13 vətəndaşı aldatmaqda ittiham olunan qadına hökm oxunub

 

22 Oktyabr 2024 12:19

Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub

22 Oktyabr 2024 11:52

Bakıda qadını döyən, digər iki şəxsə xəsarət yetirən 5 nəfər saxlanılıb

 

22 Oktyabr 2024 11:21

ADY: Sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb

 

22 Oktyabr 2024 11:00

UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək

22 Oktyabr 2024 10:42

Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

22 Oktyabr 2024 10:19

Bu günün valyuta məzənnələri

 

22 Oktyabr 2024 10:00

Sabunçuda ər və arvadın meyitləri tapılıb, araşdırma aparılır

 

21 Oktyabr 2024 18:00

Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəlb olunacaq

 

21 Oktyabr 2024 16:50

DYP hava şəraiti ilə bağlı xəbərdarlıq edib

21 Oktyabr 2024 16:07

Bələdiyyələrin xərclərinə nəzarət yeni qaydada həyata keçiriləcək

21 Oktyabr 2024 15:25

AYNA: Standartlarımız sovet dövründən qalıb, yenilənməyib

21 Oktyabr 2024 14:58

AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb

21 Oktyabr 2024 14:09

Parlamentin Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı müvəqqəti komissiyası COP29-a qarşı hibrid təhdidləri müzakirə edib

 

21 Oktyabr 2024 13:41

Şimşək çaxacaq, yağış yağacaq - SABAHIN HAVASI

 

21 Oktyabr 2024 13:01

Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib

21 Oktyabr 2024 12:34

Kəlbəcərə dolu düşüb

21 Oktyabr 2024 11:59

Bakıda “BMW”dən 600 manatlıq ətir və pul oğurlanıb, 2 yeniyetmə saxlanılıb

21 Oktyabr 2024 11:35

Mingəçevirdə uşaq bağçasında yanğın olub

 

21 Oktyabr 2024 11:12

Dünya bazarlarında neft bahalaşıb

21 Oktyabr 2024 10:38

Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb

 

21 Oktyabr 2024 10:20

Bu günün valyuta məzənnələri

 

21 Oktyabr 2024 10:00

Rusiyada bir nəfəri bıçaqlayan Ağcabədi sakininə hökm oxunub

18 Oktyabr 2024 18:00

Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub, cinayət işi açılıb

18 Oktyabr 2024 17:11

Gələn ildən DİN-in Polis Akademiyası İT mütəxəssisi yetişdirəcək

 

18 Oktyabr 2024 16:30

Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub

 

18 Oktyabr 2024 15:51

Sahil Babayev Qaxda vətəndaşları qəbul edib

18 Oktyabr 2024 15:09

Heyvanlarla rəhmsiz rəftara görə cərimələr artırılır, rəhmsiz rəftarın təbliğinə görə isə cərimə müəyyənləşir

18 Oktyabr 2024 14:46

Ceyhun Bayramov: Regionda davamlı sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

 

18 Oktyabr 2024 14:15

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb

18 Oktyabr 2024 13:42

Azərbaycanda 1400 bələdiyyə birləşir, ölkədə 685 bələdiyyə olacaq

18 Oktyabr 2024 13:21

Dağlıq rayonlara qar yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

 

18 Oktyabr 2024 12:49

COP29 dönəmində qonaqlar və akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

18 Oktyabr 2024 12:19

Azərbaycanda dövlət əmlakları ilə bağlı icarə müqavilərinin sayı 21 % artıb

 

18 Oktyabr 2024 11:57

Milli Məclisin iclası başlayıb

18 Oktyabr 2024 11:29

FHN: Ötən sutka 21 yanğına çıxış olub, 8 nəfər xilas edilib

18 Oktyabr 2024 11:14

Çaylardan sel keçir - FAKTİKİ HAVA

 

18 Oktyabr 2024 10:49

Şəkidə 11 gün əvvəl xəsarət alan sərnişin dünən ölüb

 

18 Oktyabr 2024 10:25

Bu günün valyuta məzənnələri

18 Oktyabr 2024 10:00

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

17 Oktyabr 2024 18:25

Ceyhun Bayramov “3+3” formatındakı görüşdə iştirak üçün Türkiyəyə gedib

17 Oktyabr 2024 18:00

Bakıda qısqanclıq zəminində qadını öldürüb, özünə xəsarət yetirən şəxsə hökm oxunub

 

17 Oktyabr 2024 17:22

Hidayət Heydərov cüdoçuların reytinqində liderliyini qoruyur

 

17 Oktyabr 2024 16:49

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin nizamnamə fondu 100 000 manat olacaq

17 Oktyabr 2024 16:21

Bu il 158 cinayətkar qrup zərərsizləşdirilib

17 Oktyabr 2024 15:30

Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

 

17 Oktyabr 2024 14:51

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb

 

17 Oktyabr 2024 14:19

İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq

17 Oktyabr 2024 13:57

Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

 

17 Oktyabr 2024 13:29

Bakıda mağazadan 7 min manat oğurlanıb

 

17 Oktyabr 2024 12:44

Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək

17 Oktyabr 2024 12:19

Müşfiqabadda polisə tabesizlik göstərən sürücü həbs olunub

 

17 Oktyabr 2024 11:52

FHN: Ötən sutka 12 yanğına çıxış olub, 2 nəfər xilas edilib

17 Oktyabr 2024 11:21

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

17 Oktyabr 2024 11:00

Gəncədə cibgir saxlanılıb

17 Oktyabr 2024 10:43

Bu günün valyuta məzənnələri

17 Oktyabr 2024 10:24

Şimşək çaxır, leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

17 Oktyabr 2024 10:00

Qubada 63 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

16 Oktyabr 2024 18:00

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr olub

 

16 Oktyabr 2024 16:46

Baş İdarə əməliyyat keçirib, 28 kq narkotik aşkarlanıb

16 Oktyabr 2024 16:19

NİİM: Magistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkəti qadağandır

16 Oktyabr 2024 15:52

DSMF pensiyaların ödənişi ilə bağlı vətəndaşlara müraciət edib

16 Oktyabr 2024 15:23

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

16 Oktyabr 2024 14:45

Təhsil xərcləri 12 faizə qədər artırılıb

16 Oktyabr 2024 14:23

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

16 Oktyabr 2024 13:59

Azərbaycan güləşçisi: "Növbəti yarışlarda çempion olacağıma ümid edirəm"

 

16 Oktyabr 2024 13:17

"2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib

16 Oktyabr 2024 12:43

Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

 

16 Oktyabr 2024 12:22

Sumqayıt sakininə qarşı 17 min manatlıq dələduzluq olunub

16 Oktyabr 2024 11:59

FHN: Ötən sutka 14 yanğına çıxış olub, 12 nəfər xilas edilib

 

16 Oktyabr 2024 11:30

DYP hava şəraiti ilə bağlı müraciət edib


 

16 Oktyabr 2024 11:02

Azərbaycan neftinin qiyməti 5% ucuzlaşıb

 

16 Oktyabr 2024 10:42

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib 

16 Oktyabr 2024 10:23

Bu günün valyuta məzənnələri

16 Oktyabr 2024 10:00

Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb

 

15 Oktyabr 2024 18:00

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb

 

15 Oktyabr 2024 17:30

Füzulinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır

 

15 Oktyabr 2024 17:11

"Bavariya"nın iki futbolçusu "Mançester Yunayted"in maraq dairəsinə düşüb

15 Oktyabr 2024 16:44

Laçında beynəlxalq hava limanının tikintisi bitmək üzrədir

15 Oktyabr 2024 16:25

Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələr açıqlanıb - SİYAHI

15 Oktyabr 2024 15:58

Xırdalanda mülki müdafiə məşqi keçirilib

15 Oktyabr 2024 15:24

Dövlət Qoruğu İdarəsi: Şuşada yeni yaşayış binaları tikiləcək

15 Oktyabr 2024 14:58

Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb

 

15 Oktyabr 2024 14:19

Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb

15 Oktyabr 2024 13:51

Sabah dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

 

15 Oktyabr 2024 13:32

Beynəlxalq axtarışa verilmiş Fransa və Türkiyə vətəndaşları təhvil verilib

15 Oktyabr 2024 13:09

Bakı-Şamaxı yolunda sürüşmə ehtimalı var

 

15 Oktyabr 2024 12:44

Külli miqdarda rüşvət almaqda ittiham edilən 19 vəzifəli şəxslə bağlı hökm elan olunub

15 Oktyabr 2024 12:25

Prezident İlham Əliyev “Rebuild Karabakh” sərgisinin iştirakçılarına məktub ünvanlayıb

 

 

15 Oktyabr 2024 11:58

FHN: Ötən sutka 21 yanğına çıxış olub, 11 nəfər xilas edilib

15 Oktyabr 2024 11:29

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

 

15 Oktyabr 2024 11:05

Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA

 

15 Oktyabr 2024 10:50

Bakıda qətl törətdikdən sonra hadisə yerindən qaçan şəxsi maşın vurub

15 Oktyabr 2024 10:24

Bu günün valyuta məzənnələri

15 Oktyabr 2024 10:00

Dünənin Xəbərləri

Köşə

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13