HAQQIMIZDA

12 oktyabr 2023-cü il traixdən  fəaliyyətə başlayan, müstəqil və tərəfsiz informasiya siyasəti həyata keçirən Azmedia.info.az xəbər saytı siyasət, sosial, iqtisadiyyat, mədəniyyət, idman sahələri üzrə ölkədə və dünyada baş verən mühüm xəbərləri operativ çatdırır. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, siyasi, iqtisadi təhlillər, müsahibələr və s. yer alır. Dövlətin, dövlətçiliyin qorunmasına və möhkəmlənməsinə, bəşəri, milli, əxlaqi dəyərlərimizin müdafiəsinə, təbliğinə xidmət etmək, insan hüquq və azadlıqlarına  sayğı göstərmək, dövlətin, Vətənin, xalqın mənafelərinin, milli  dəyərlərinin zərərinə olan hallar istisna olmaqla, bütün xəbər və materiallarda tərəf nümayiş etdirməmək saytın əsas prinsiplərindəndir. Azmedia.info.az- buraxılışlarında milli mənafeyimiz, dövlətçilik maraqları və ictimai-siyasi baxımdan bəzi istisnalar olmaqla, cəmiyyətin, xüsusən uşaq, yeniyetmə və gənclərin psixologiyasına mənfi təsir göstərən intihar, oğurluq, zorlama və s. kimi cinayətlərlə bağlı xəbərləri işıqlandırmır. Azmedia.info.az-ın gündəlik materiallarının formalaşmasında  redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da fəal iştirak edə bilərlər. Dəyərli oxucularımızı bizimlə aktiv əməkdaşlığa dəvət edir, qarşılaşdıqları sosial, ictimai-siyasi olay və problemlərlə bağlı redaksiyamızla bu telefon nömrəsi +(994) 55 607-58-46 vasitəsilə əlaqə saxlamağa çağırırıq.